Mövsümün ortasında əldə olunan irəliləyişdən və Lando Norrisin iki qələbəsindən sonra McLaren tədricən geriyə düşüb, amma bunun əvəzini çıxmağa ümid edir…
Andrea Stella: “Hələ vaxt var. Bəzi yeniliklər hazırlayırıq və ümid edirik ki, onlar liderlərlə fərqi azaltmağa və rəqiblərin hansısa itkisindən asılı olmadan podium uğrunda inamla mübarizə aparmağa imkan verəcək.
Qələbələr uğrunda mübarizə apara biləcəyimiz isə yəqin ki, yalnız son üç yarışda aydın olacaq, çünki yeniliklər mərhələli şəkildə tətbiq olunacaq”.





