23 Oktyabr 2019, Çərşənbə - 14:09

N.Hülkenberq: “Renault ehtiyatlı davranmalıdır”

N.Hülkenberq: “Renault ehtiyatlı davranmalıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

19:19 - 02 Fevral, 2017

Renault komandasının yeni sürücüsü Niko Hülkenberq bildirib ki, onlar da işləri Force İndia kimi bəsit tutmalıdırlar və belə olan halda uğur qazanacaqlar.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən mövsümün sonunda Force İndia-dan Renault komandasına transfer olunmuşdu. Xatırladaq ki, fransalılar keçən mövsüm mühəndislər çempionatında 9-cu olmuşdular.

Amma Renault yeni mövsümdə daha uğurlu nəticələr qazanmaq üçün əvvəlcə Hülkenberqi, sonra isə bir neçə mühəndisi transfer etmişdi.

Niko Hülkenberq: “Bəsit olmaq həmişə gözəldir. Bəzi komandaların resursları böyükdür, amma işlər istədikləri kimi getmir. Mühəndislik yönündə edilən səhvlər onları geriyə salır və maddi cəhətdən ziyana düşürlər. Force İndia-da isə hər şey bəsit, amma effektiv formada gedirdi. Buna görə də qısa müddətdə çoxlu uğur əldə etdik və güclü komandalardan biri olduq.

Hazırda Renault-da gərginlik yox, həyəcan var. Hamını yeni mövsüm və nələr edə biləcəyimiz maraqlandırır. Komandanın uzunmüddətli və qısamüddətli planları məni də cəsarətləndirir. Ümid edirəm ki, gözəl mövsüm keçirərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 516
Teqlər , ,
Paylaş

logo