E.Okon: “Çətin idi”

Force İndia komandasının sürücüsü Esteban Okon Avstraliya yarışının çətin keçdiyini deyib.

F-1.az xatırladır ki, fransalı sürücü yarışa 14-cü başlayıb və 12-ci yerdə bitirib.

Esteban Okon: “Ötmə etmək çətin idi və ilk dövrədə Lənsi keçsəm də, hamı sürətlə uzaqlaşdı. Yarış tempimiz sıralanma tempimizdən qüvvətli olsa da, onluğa düşmək üçün inkişaf etməliyik. Formula1-də hər şey bir göz qırpımında dəyişə bilər. Bəhreyn yarışına yeniliklərlə getməyə çalışacağıq”.

, , ,
Müzakirə bağlıdır.