E.Okon qum yeyir

Alpine komandasının sürücüsü Esteban Okon ilk test günündən razı qalıb.

F-1.az xatırladır ki, fransalı sürücü qış testlərinin ilk günündə 129 dövrə ilə ən çox məsafə qət edən ikinci sürücü olub və günü 3-cü yerdə bağlayıb.

Esteban Okon: “Çox yaxşı gün idi. Bütün proqramı asanlıqla tamamladıq, çünki komanda son dəqiqələrdə çoxlu pit-stop məşqi edə bildi. Lakin hazırda udqunanda hələ də ağzımda qum dənəciklərini hiss edirəm. Bu, yaxşı olmadı. Çətin gün idi.

Tras isti və qumlu olduğu üçün çətin idi. Təkərlər tez yeyilirdilər. Lakin hava qaralandan sonra daha yaxşı dövrələr vura bildik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*