Rafael Kamara: “Formula1 sürücüsü kimi Haas komandasına qoşulduğum üçün çox şadam. Bu, karyeramda vacib addımdır və göstərilən etimada görə Cin Haasa və Ayo Komatsuya təşəkkür etmək istəyirəm.
Mən, həmçinin bu illər ərzində inkişafım üçün göstərdiyi dəstəyə və etdiyi hər şeyə görə Ferrari Akademiyasına minnətdaram. Və əlbəttə, bu yolda hər zaman yanımda olan ailəmə də təşəkkür edirəm.
Hazırda bütün diqqətimi yeni çağırışa mümkün qədər yaxşı hazırlaşmağa yönəltmişəm. Qarşıda çox iş var və öyrənməli olduğum çox yeni məqamlar məni gözləyir. Komanda ilə əməkdaşlığın başlamasını səbirsizliklə gözləyirəm, maşını daha yaxından tanımaq və sürücü kimi inkişaf etməyə davam etmək istəyirəm”.
Ayо Komatsu: “Rafael Kamara kimi gənc və istedadlı sürücünü heyətimizə cəlb edə bildiyimizə görə çox şadam. Onun aşağı seriyalardakı nəticələri öz sözünü deyir. Xüsusilə də Formula2-də debüt mövsümü böyük təəssürat yaradır, burada o, hətta çətin vəziyyətlərdə də yüksək sürət nümayiş etdirib, məsələn, Monako və Monrealdakı sıralanma turlarında. Bütün bunlar Rafaelin hansı potensiala sahib olduğunu göstərir.
Biz ona Portuqaliyada TPC proqramı çərçivəsində sükan arxasına keçmək imkanı verəndə, maşınla tanışlıq üçün çox az vaxtı olmasına baxmayaraq, o, tapşırığın öhdəsindən əla gəlib. Üstəlik, Rafael təkcə sürəti ilə seçilməyib. O, işini düzgün qurub və maksimum nəticə əldə edə bilib. Bu da, maşın sükanı arxasında göstərdikləri kimi, bizdə böyük təəssürat oyadıb.
Biz hamımız bu imkandan məmnunuq və Rafaelin istedadını üzə çıxarmasına kömək etmək niyyətindəyik, həmçinin onun komandanın dəstəyini hiss edəcəyi və potensialını tam şəkildə reallaşdıra biləcəyi şərait yaratmaq istəyirik”.
Cin Haas, komandanın sahibi: “Rafaelin Formula3 və Formula2-də zirvəyə gedən yolda qazandığı uğurlardan sonra Formula1-də nələrə nail olacağını səbirsizliklə gözləyirəm. Bu səviyyədə onu tamamilə fərqli çağırış gözləyir, amma Ferrari yarış Akademiyasının tərkibində oxşar yol keçmiş Oliver Börmanın çıxışlarına əsasən demək olar ki, bu gənc pilotlar yaxşı hazırlanıblar və komandaya dərhal fayda verə bilərlər.
Rafael əvvəlki illərin maşınları ilə TPC proqramı üzrə testlər zamanı komandada böyük təəssürat yaradıb, biz bu əməkdaşlığı inkişaf etdirmək və gələn il münasibətlərimizi daha da möhkəmləndirmək imkanını səbirsizliklə gözləyirik”.





