Bu il motorları dəyişmək daha çox vaxt alacaq

Builki mövsüm qatı təhlükəsizlik tədbirləri və sosial məsafə qaydalarına ciddi riayət olunmaqla start götürəcək. Bunun nəticəsində də, komanda əməkdaşlarının sayında azalma olacaq.

F-1.az xəbər verir ki, Racing Point komandasının texniki direktoru Əndi Qrin bu vəziyyətin hər hansı bir hadisə, problem yaşandıqda, çalışma müddətini artıracağını bildirib.

Əndi Qrin: “Silverstoundakı çəkiliş günündə yeni şərtlərdə necə işləyəcəyimizi anlamağa çalışdıq. Sosial məsafəni qorumaq tələblərinə hörmət etməliyik. Artıq eyni anda daha az mexanik maşın üzərində işləyə biləcək və bu da müəyyən əməliyyatların yerinə yetirilməsi üçün daha çox vaxt tələb edəcək. Əvvəlki iş effektinə nə vaxt qayıdacağımızı gözləmək qalır.

Bir motorun dəyişdirilməsinin 2 dəfə çox vaxt alacağını düşünürəm. Əvvəl 2,5-3 saatda gördüyümüz iş üçün indi 5-6 saat vaxt tələb olunacaq. Eyni zamanda, işin keyfiyyətindən də əmin olmalıyıq. Bu, uğurun açarı olacaq. Sürücülər də hər hansı bir qəzanın nəticəsini aradan qaldırmaq üçün boksda daha çox vaxt tələb olunacağını başa düşməlidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*