Rəsmən: Alonso gələn il Aston Martin-də yarışacaq

İkiqat Dünya Çempionu Fernando Alonso gələn ildən Aston Martin-in şərəfini qoruyacaq.

F-1.az xatırladır ki, Sebastyan Fettel karyerasını bitirdikdən sonra Aston Martin sürücü axtarışına çıxmışdı. Britaniyalılar sonda ikiqat Dünya Çempionu Fernando Alonsoda qərar qılıblar. Tərəflər ikiillik müqavilə imzalayıblar.

Fernando Alonso: “Aston Martin komandası qələbə qazanmaq istəyini göstərir və Formula1-in həyəcanlı kollektivlərindədir. Lourens və Lənsi uzun illərdir ki, tanıyıram. Onlar qələbə qazanmaq üçün əllərindən gələni edirlər. Hazırda heç kim Formula1-də qazanmaq üçün belə istəkli deyil. Buna görə də həyəcanlıyam. Hələ də qazanmaq üçün istəkliyəm. Bu cür komandanın bir hissəsi olmaq istəyirəm”.

Qeyd edək ki, ispaniyalı sürücü son iki mövsümü Alpine komandasında keçirib və bir dəfə podiuma yüksəlib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*