McLaren gələn il üçün sürücü heyətini müəyyən etməyib

McLaren komandasının yarış direktoru Erik Bulye 2017-ci il Formula1 mövsümündə Fernando Alonsonun yanında kimin yarışacağına qərar vermədiklərini bildirib.

F-1.az xatırladır ki, Alonsonun McLaren ilə müqaviləsi gələn ililin sonunda, Battonun müqaviləsi isə bu ilin sonunda başa çatır. McLaren gələn mövsüm üçün Battonun əvəzinə Stoffel Vandornu dəyərləndirir.

Vandorn keçən həftə verdiyi açıqlamada bildirmişdi ki, başqa komandalar onunla maraqlanırlar. Ron Dennis isə bunun cavabında Vandornu heç bir yerə buraxmayacaqlarını demişdi.

Jurnalistlər Erik Bulyedən “Gələcəklə bağlı qərarlar sizi stresə salırmı?” sualına cavab istəyiblər: “Xeyr, qətiliklə deyirəm ki, xeyr. Sürücülərlə hələ heç nə danışmamışıq. Hələ tezdir və bu danışıqlar onlara pis təsir edər”.

Bulye bildirib ki, onlar sürücülərin maksimum nəticə göstərməsi üçün yeni danışıqları gecikdirəcəklər və bu, oyunun bir hissəsidir.

McLaren komandasına 2010-cu ildə transfer olan Battonun bu il McLaren-də son mövsümü olacağı güman edilir. Censon Batton gələnilki taleyi barədə verilən suala belə cavab verib: “Mən, nəinki, gələn ili, heç Kanada barədə belə düşünmürəm. Sizə ancaq bunu deyə bilərəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*