E.Okon: Alonso bir addım öndədir

Alpine komandasının sürücüsü Esteban Okon bildirib ki, Alonso həmişə iki addım öndə olub.

F-1.az xatırladır ki, iki sürücü 2021-2022-ci illərdə komanda yoldaşı olmuş və bəzi yarışlarda təkər-təkərə mübarizələr yaşamışdılar.

Esteban Okon: “Fernando qədər təcrübəli deyiləm, amma mən də yeni şeylər öyrənirəm. Xüsusən də yeni komanda yoldaşınlz olanda çox şey öyrənirsiniz, çünki hamı fərqli cür işləyir. Bir Dünya Çempionu ilə işləmək və onun nə etdiyini görmək maraqlı idi.

Fernando nə etdiyini və pit-stoplardan son ra kimlə yarışacağını bilir. Buna görə də sizdən iki addım öndə olur.

Ümid edirəm ki, o da məndən nəsə öyrənib, çünki sadəcə ondan öyrənsəydim, böyük fərqlə gerifə qalardım. Belə yüksək səviyyəli sürücüyə qarşı mübarizə aparmaq gözəl idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*