18 Dekabr 2018, Çərşənbə axşamı - 14:58

F.Alonso: “Qəzadan sonra harada olduğumu bilmirdim”

F.Alonso: “Qəzadan sonra harada olduğumu bilmirdim”

Müəllif: Rauf Hacıyev, redaktor

11:51 - 20 Mart, 2016

McLaren Honda komandasının sürücüsü Fernando Alonso Avstraliya QP-də qorxulu qəza keçirdib, amma bildirib ki, bu qəzada Qutyerresin heç bir günahı yoxdur…

F-1.az xatırladır ki, Fernando Alonso yarışın 18-ci dövrəsində Qutyerresə arxadan çırpılıb və ciddi qəza keçirdib. Buna baxmayaraq, Alonso boliddən özü çıxa bilib.

Fernando Alonso: “Burada olduğum üçün çox xoşbəxtəm. Qorxulu idi. Qutyerresin hava kisəsinə daxil olmuşdum və orada ancaq bolidin arxa qanadını görürsünüz. Mən əylənmə nöqtəsini qaçırtdım və Qutyerres bunu gözləmirdi.

Belə şeylər həmişə ola bilər. Nəticədə 300 km/saat sürətlə gedirik və bu halda hər şey ola bilər.

Burada olduğum üçün çox şanslıyam. FiA bolidlərin təhlükəsizliyini artırıb və buna görə onlara təşəkkür edirəm”.

Alonso qəzadan sonra boliddən öz gücünə çıxdı. İspaniyalı bildirib ki, o anası nigaran qalmasın deyə bunu edib: “Qəza zamanı boliddə hər şey yavaşlayır, dayanmır və davam edir. Bolid gəlib dayananda, düşməyi düşündüm, çünki anam yarışı izləyirdi.

Bolidə kənardan baxdım. Heç nə kənardan göründüyü kimi olmur. Bolidin içində nə olduğunu anlamırsınız, çünki təkcə yeri və göyü görürsünüz.

Qəzadan sonra kiçik çıxış yeri gördüm və anam nigaran qalmasın deyə oradan çıxdım. Harada olduğumu bilmirdim, çünki bir neçə dəfə salto vurdum”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 557
Teqlər , ,
Paylaş

logo