15 İyul 2019, Bazar ertəsi - 22:38

Ferrari şayiələri təkzib edib

Ferrari şayiələri təkzib edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:48 - 08 Fevral, 2013

Bu gün Xeresdə mövsümöncəsi testlərin ilk sessiyası başa çatacaq, amma ikiqat dünya çempionu Fernando Alonso bu testlərə qatılmayıb. Rəsmi versiyaya […]

alo-3a
Bu gün Xeresdə mövsümöncəsi testlərin ilk sessiyası başa çatacaq, amma ikiqat dünya çempionu Fernando Alonso bu testlərə qatılmayıb. Rəsmi versiyaya görə, sürücü fiziki hazırlığa daha çox vaxt sərv etməyə üstünlük verib və buna sübut olaraq Alonsonun Twitter-ində mütəmadi olaraq qaçış və ya velosiped nəticələrinin şəkilləri dərc olunur.

Amma paddokda şayiələr gəzir ki, Ferrari-nin lideri testləri tam fərqli səbəb üzündən buraxıb. Guya Fernando yanvarda kartinq yarışı zamanı aldığı qabırğa zədəsindən sonra bərpa olunur. Skuderiyanın mətbuat xidməti şayiələri təkzib etməli olub…

Xeresdə yayılan bəyanatda deyilir: “Əlbəttə, Fernando hazırda intensiv məşqlər edir. Onun zədələnməsi barədə gəzən şayiələr isə tam uydurmadır və həqiqətə uyğun deyil.”

Hazırda Alonso özünün rəfiqəsi Daşa Kapustina ilə Abu Dabidə Ferrari World parkında dincəlir və yuxarıdakı şəkli də özünün nəhəng portreti önündə çəkdirib…


Ferrari şayiələri təkzib edib

Ferrari şayiələri təkzib edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:40 - 02 Oktyabr, 2009

Bu həftə Felipe Massa trasda məşqlərə başlayıb – o Qranja Viana avtodromunda kartın sükanı arxasına oturub, amma komanda braziliyalı sürücünün […]

Bu həftə Felipe Massa trasda məşqlərə başlayıb – o Qranja Viana avtodromunda kartın sükanı arxasına oturub, amma komanda braziliyalı sürücünün tezliklə, bu mövsümün sonunda Formula1-ə qayıtması barədə qəzetlərdə peyda olmuş şayiələri təkzib edib.

Komandanın yaydığı mətbuat relizində deyilir: “Bu həftə Felipe kart sükanı arxasında məşqlərə başlayıb, gələn həftə isə Maranelloda trenajorda testlər keçirəcək. Təbiidir ki, onun bu mövsümdə, xüsusən də Braziliya Qran Prisində sükan arxasına qayıtması barədə şayiələr yayılıb.

Amma bu şayiələr heç nə ilə təsdiq olunmayıb, Felipenin sağalması sürətlə davam edir, amma bizim onun yarışlara qayıtmasını tezləşdirmək planlarımız yoxdur.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 388
Teqlər , , , , ,
Paylaş

logo