17 Sentyabr 2019, Çərşənbə axşamı - 08:44

S.Vandorn: “Alonso ilə danışdıq”

S.Vandorn: “Alonso ilə danışdıq”

Müəllif: Rauf Hacıyev, redaktor

20:28 - 12 Mart, 2017

Barselona testlərində zəif nəticə göstərən McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, böhrandan çıxmaq lazımdır.

F-1.az xatırladır ki, Britaniya təmsilçisi demək olar ki, 8 günlük testlərin hər günündə mühərriklə bağlı problem yaşayıb.

Stoffel Vandorn: “Vəziyyətə görə məyus olub, təslim olmağımız – edəcəyimiz son şey olacaq. McLaren Formula1 tarixinin ən yaxşı komandalarından biridir və indiyə kimi nə qədər problemi həll edə bilib.

Bu barədə Fernando ilə də danışdıq. Gördüyümüz işi yarımçıq qoymayacağıq və əlimizdən gələni edəcəyik. Aramızda gözəl münasibət var və bolidi bir yerdə təkmilləşdirməyə çalışırıq.

Təbii ki, testlərdə daha çox dövrə vurmaq istərdim, amma bu mümkün olmadı. İndi gələcəyə baxmalıyıq. Əminəm ki, Avstraliya yarışına tam hazır olacağıq. Bolidə güvənirəm və özümü rahat hiss edirəm. Ümid edirəm ki, Melburna yeni detallar apara bilərik.

Formula1-də yarışdığım üçün sevincliyəm və mövsümün ilk yarışını səbirsizliklə gözləyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 836
Teqlər , , ,
Paylaş

logo