Alonso oturacaq sazlanmasını keçib

Dünən Silverstounda Aston Martin komandasının bazasına ilk səfərindən sonra Fernando Alonso bu gün ilk iş gününü keçirib.

F-1.az xəbər verir ki, komandanın mətbuat xidməti yazıb ki, “yaşıl kombinezonda ispaniyalının ilk günü” proqramına oturacağın sazlanması, simulyatorda iş və mühəndislərlə ünsiyyət daxildir.

Komanda yeni AMR23 maşınını fevralın 13-də təqdim edəcək.