F.Alonso cərimələnib

Alpine komandasının sürücüsü Fernando Alonso yeni güc qurğusuna keçib və buna görə də yarışa sonuncu yerdən başlayacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü öz vətənindəki sıralanma turunda 17-ci olub. Buna görə də Alpine komandası fürsətdən istifadə edib.

Beləliklə, ikiqat Dünya Çempionuna yeni daxiliyanma mühərriyi, turbo, MGU-H və MGU-K generatorları, idarəetmə elektronikası, enerji depolayıcısı və yeni qazburaxma sistemi verilib.

Bununla da Fernando Alonso limitləri aşıb və mövsümün altıncı yarışında güc qurğusuna görə startda yer itirib. Veteran pilot öz ölkəsindəki yarışa sonuncu yerdən başlayacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*