20 Avqust 2019, Çərşənbə axşamı - 03:13

Renault mühərriyi 50 at qüvvəsi qazanıb

Renault mühərriyi 50 at qüvvəsi qazanıb

Müəllif: Rauf Hacıyev, redaktor

12:54 - 01 Mart, 2019

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, yeni mühərrik sələfindən 50 at qüvvəsi daha qüvvətlidir.

F-1.az xatırladır ki, Fransa təmsilçisi testlərdə güclü performans göstərib. Artıq hər kəs Renault-nun podium uğrunda mübarizə aparacağına inanır.

Siril Abitebul: “Mühərrik cəhətdən zəifliyimiz aradan qalxıb. Bu il üçün hədəflərimiz yüksəkdir. Mühərrik problemləri bizi geriyə salırdı. Lakin qışda stenddən gələn nəticələr əla idi. Məlumatlar trasla uyğun gəlir. Yenidənqurma işlərində böyük addım atmışıq. Lakin mühərrik cəhətdən nə qədər gücləndiyimizi Melburnda görəcəyik. Dəqiq rəqəm demək istəmirəm, amma 20-50 at qüvvəsi təkmilləşmişik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 122
Teqlər ,
Paylaş

logo