Alpine Barselona testlərini başa vurub

Alpine komandasının sürücüsü Fernando Alonso qış testlərinin üçüncü günündə motor probleminə görə yolda qalıb.

F-1.az bildirir ki, ikiqat Dünya Çempionu testlərin üçüncü gününün 48-ci dəqiqəsində yolda qalıb. Üçüncü sektorda dayanan Alonsonun maşınından çoxlu duman çıxıb.

Problemi araşdıran komanda bildirib ki, motorda təzyiq problemi olub. Beləliklə, Alpine komandası qış testlərini vaxtından əvvəl bitirməli olub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*