18 Avqust 2019, Bazar - 17:12

F.Alonso: “Yarışım ilk dövrədə bitdi”

F.Alonso: “Yarışım ilk dövrədə bitdi”

Müəllif: Rauf Hacıyev, redaktor

08:50 - 16 May, 2016

Fernando Alonso bildirib ki, ona “Censon Battonun arxasında qalmalısan” əmrindən sonra əsl sürətini göstərə bilməyib.

F-1.az xatırladır ki, Alonso yarışa 10-cu yerdən başlayıb və pis start alaraq, ilk döngədə komanda yoldaşı Battonun arxasına düşüb.

Daha sonra Alonsoya “Battonun arxasında qal” əmri gəlib, amma ispaniyalı düşünür ki, komanda yoldaşından daha sürətli olub: “Start yaxşı olmadı və komanda yoldaşımın gerisinə düşdüm. Bütün yarış ərzində də arxasında qaldım.

Bir az sürətli idim. Bu qədər. Onlar belə qərar gəldi ki, arxada qalmalıyam və mən də Battonun gerisində qaldım.

Qarışıq yarış idi və xal qazanacaq gücdə deyildik. Bu bizi məyus etdi. Öz vətənimizdə sürətimizi göstərə bilməməyimiz məyusedicidir.

Pis start almağım bütün atdığım dövrələrə pis təsir etdi. İlk dövrədən sonra yarışım bitdi. 50 dövrə ərzində Censon Batttonu izləməli oldum”.

Fernando Alonso 12-ci yerdə getdiyi vaxtda yaşadığı problemə görə yarışı vaxtından əvvəl dayandırmalı olub: “Sonda yola davam edə bilmədik və yarışı dayandırmalı olduq. Amma çox şey itirmədik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 299
Teqlər , ,
Paylaş

logo