M.Ferstappen Alonsoya heyrandır

Bu ilin Dünya Çempionu Maks Ferstappen bildirib ki, o, Alonsoya heyrandır.

F-1.az xatırladır ki, iki sürücü bu il paddokda yaxşı yola gedirdilər. Onlar birlikdə vaxt keçirirlər.

Maks Ferstappen: “Hazırda Fernando ilə yaxşı dostluğum var. Kartinqdə yarışanda onun tərzini bəyənirdim, çünki o heç vaxt təslim olmurdu. Heyif ki, son illərdə yaxşı maşını olmadı və ön tərəflərdə mübarizə apara bilmədi. Lakin onun tərzini sevirəm. İşinə yaxşı fokuslanıb. Yaşına görə də çox motivasiyalıdır. Hələ də qalib gəlmək istəyir. Həmişə ən yaxşısını etmək istəyir. Onu belə görmək gözəldir. Onunla danışmaq əladır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*