Yubiley Qran Prisi: Yarış

Silverstoun ardıcıl 2 yarışa ev sahibliyi edib. Düzdür, qüvvələr nisbətində dəyişiklik olmayıb, lakin fərqli hava şəraiti və daha yumşaq təkər tərkibləri bizə fərqli yarış vəd edirdi.

F-1.az xatırladır ki, cümə günü baş tutan sərbəst yürüşlərdə Bottas və Həmilton hamıdan sürətli olublar. Lyuis dünən də fərqlənib – hər 3 sessiyasında Mercedes sürücüləri ilk iki yerin sahibi olublar. Sıralanma turunda isə Valtteri Bottas komanda yoldaşını üstələyərək poula yiyələnib.

Pirelli bu dəfə orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Soft təkərlər rolunu oynayan C4 tərkibindən komandalar sərbəst yürüşlərdə geniş istifadə ediblər – onların yarışda səmərəli olacağı gözlənilmir və hamı məhdud sayda olan digər iki tərkibi qorumaq üçün bu addımı atıb.

Esteban Okon sıralanma turunda Corc Rasselli blokladığı üçün startda 3 yer itirib. İlk cərgəni Mercedes sürücüləri, ikinci cərgəni Hülkenberqlə Ferstappen, üçüncü cərgəni isə Rikkardo ilə Stroll zəbt ediblər.

Ferstappen, Fettel, Sayns, Kvyat və Rəykkönen sərt, digər sürücülər isə Medium təkərlərlə yarışa başlayıblar.

Startda Bottas liderliyini qoruyub, Ferstappen Hülkenberqi üstələyərək üçüncü yerə yüksəlib. Stroll Rikkardonu ötüb. Fettel idarəetməni itirərək asfaltdan çıxıb və son sıraya düşüb. 2-ci dövrədən sonra ilk onluq: Bottas – Həmilton – Ferstappen – Hülkenberq – Stroll – Rikkardo – Qasli – Norris – Elbon – Lekler.

Mercedes sürücləri Maksdan çox uzaqlaşa bilməyiblər. Bir qədər sonra Medium təkərlər artıq effektliyini itirib və pit-stop dalğası təchizatçının proqnozlaşdırdığından tez başlayıb. İlk addımı 7-ci dövrədə atıb. Onun ardınca Qasli, Covinatsi, Rassell, Maqnussen və Latifi də pitə yollanıblar.

Mühəndisləri Maksdan ehtiyatlı olmağı istəsə də, Lyuislə fərqi minimuma endirib və bir neçə dəfə hücuma cəhd edib. 13-cü dövrədə Norris, 14-də Bottas, 15-də Həmilton və Rikkardo, 16-cı dövrədə isə Hülkenberq təkərlərini dəyişiblər.

Pit-stoplardan sonra Valtteri sürətini artırsa da, cəmi bir dövrə Maksdan daha yaxşı nəticə göstərə bilib. Stroll və Lekler 19-cu dövrədə yeni təkərə keçiblər. Monakolu sürücü bir dövrə sonra Norrisi keçərək 10-cu olub.

Ferstappen düz yarışın yarısında – 26-cı dövrədə pit-stopa yollanıb. Cüzi gecikməyə görə Bottasın gerisində trasa qayıtsa da, onu dərhal keçib və uzaqlaşıb. Maqnussen Latifi ilə insidentə görə 5 saniyə cəzası alıb. 2-ci dövrədən sonra ilk onluq: Ferstappen – Bottas – Həmilton – Hülkenberq – Stroll – Lekler – Norris – Elbon – Okon – Kvyat.

Elbon yeddinci yer uğrunda Norrisi üstələyib. Rikkardo Saynsla mübarizədə trasdan çıxıb və geri qayıdıb. Stroll 32-ci dövrədə təkərlərini dəyişib, cəmi bir dövrə sonra Ferstappen və Bottas pit-stopa yollanıblar və niderlandlı sürücü trasa öndə qayıdıb.

Həmilton əvvəlcə finişə qədər həmin təkərlərlə getmək istəsə də, 41-ci dövrədə güclü yeyinməyə görə pit-stop etməli olub və trasa Ferstappendən 10 saniyə arxada qayıdıb. Maqnussen 44-cü dövrədə mübarizəni dayandıran ilk və yeganə sürücü olub. Bir dövrə sonra Həmilton Lekleri keçərək üçüncü olub. Britaniyalı sürücü təkərləri tamamilə aşınmış komanda yoldaşına sürətlə yaxınlaşıb və onu ötərək ikinci yerə yüksəlib.

Maks Ferstappen cari mövsümdə ilk, karyerasında isə 9-cu qələbəsini əldə edib. Lyuis Həmilton ikinci yeri tutmaqla yanaşı, sürətli dövrənin də sahibi olub və üçüncü Valtteri Bottasla çempionatdakı fərqi daha da artırıb. Finlandiyalı sürücü bu yarışdan sonra titul uğrunda mübarizədə Ferstappenə keçilib.

Lyuis Həmilton eyni zamanda, 155-ci podiumunu qazanıb və Mixael Şumaxerin rekorduna şərik olub.

Mövsüm gec başlasa da, var gücü ilə davam edir – növbəti həftəsonu keçidlərə çox da imkan verməyən Barselona trası mövsümün 6-cı yarışına ev sahibliyi edəcək.

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 33 Maks Ferstappen Red Bull 1:19.41.993 2
2 44 Lyuis Həmilton Mercedes AMG + 0:11.326 2
3 77 Valtteri Bottas Mercedes AMG + 0:19.231 2
4 16 Şarl Lekler Ferrari + 0:29.289 1
5 23 Aleksander Elbon Red Bull + 0:39.146 2
6 18 Ləns Stroll Racing Point + 0:42.538 2
7 27 Niko Hülkenberq Racing Point + 0:55.951 3
8 31 Esteban Okon Renault + 1:04.773 1
9 4 Lando Norris McLaren + 1:05.544 2
10 26 Daniil Kvyat AlphaTauri + 1:09.669 2
11 10 Pyer Qasli AlphaTauri + 1:10.642 2
12 5 Sebastyan Fettel Ferrari + 1:13.370 2
13 55 Karlos Sayns McLaren + 1:14.070 2
14 3 Daniel Rikkardo Renault +1 dövrə 3
15 7 Kimi Rəykkönen Alfa Romeo +1 dövrə 1
16 8 Roman Qrojan Haas +1 dövrə 2
17 99 Antonio Covinatsi Alfa Romeo +1 dövrə 2
18 63 Corc Rassell Williams +1 dövrə 3
19 6 Nikolas Latifi Williams +1 dövrə 3

 

Sürətli Dövrə: Lyuis Həmilton (Mercedes) 1:28.451 (43-cü dövrə, 222,283 km/s)

 

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Kevin Maqnussen Haas 44 mexaniki problem

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas 107
2 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 77
3 77 Valtteri Bottas Mercedes AMG Petronas 73
4 16 Şarl Lekler Scuderia Ferrari 45
5 4 Lando Norris McLaren F1 Team 38
6 23 Aleksander Elbon Aston Martin Red Bull Racing 36
7 18 Ləns Stroll BWT Racing Point F1 Team 28
8 11 Serxio Peres BWT Racing Point F1 Team 22
9 3 Daniel Rikkardo Renault DP World F1 Team 20
10 31 Esteban Okon Renault DP World F1 Team 16
11 55 Karlos Sayns McLaren F1 Team 15
12 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 12
13 5 Sebastyan Fettel Scuderia Ferrari 10
14 27 Niko Hülkenberq BWT Racing Point F1 Team 6
15 99 Antonio Covinatsi Alfa Romeo Racing 2
16 26 Daniil Kvyat Scuderia AlphaTauri Honda 2
17 20 Kevin Maqnussen Haas F1 Team 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 180
2 Aston Martin Red Bull Racing Honda 113
3 Scuderia Ferrari Ferrari 55
4 McLaren F1 Team Renault 53
5 BWT Racing Point F1 Team Mercedes 41
6 Renault DP World F1 Team Renault 36
7 Scuderia AlphaTauri Honda Honda 14
8 Alfa Romeo Racing Ferrari 2
8 Haas F1 Team Ferrari 1

 

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*