Həmilton: Mən McLaren-in çıxışını izləyirəm

On üç yaşından etibarən McLaren komandası kartinq və gənc sürücülər seriyasında Lyuis Həmiltonu dəstəkləyib.

F-1.az xəbər verir ki, britaniyalı sürücü Vokinq komandasında Formula1-də debüt edib və 2008-ci ildə ilk titulunu qazanıb. Lyuis Mercedes-ə keçdikdən sonra belə McLaren-də işlərin necə getdiyini izləməyə davam etdiyini söyləyib.

Lyuis Həmilton: “Mən McLaren-in nəticələrini daim izləyirəm, baxıram, onların hansı mövqedə olduğunu görürəm. Mən karyerama bu komandada başlamışam, ona görə də mənə rəqib olsalar belə, onlara həmişə uğurlar arzulayıram.

McLaren arxada qalanda kədərləndim, çünki onlarla simulyatorda işləmişəm və Formula1 bolidinin sükanı arxasında ilk dövrələri etmişəm. Hər zaman McLaren-in yaxşı nəticələr əldə etməsini arzulayıram, ona görə də ümid edirəm ki, növbəti mövsüm onlar daha yaxşı çıxış edəcəklər.

Mən bütün kiçik komandalara azarkeşlik edirəm. Onlar liderlərlə eyni olmağa çalışırlar – daim mübarizə aparır və daha yaxşı olmağa can atırlar. McLaren çətin anlar yaşayır, çünki onların maşını açıq-aşkar onlara ön sıralarda mübarizə aparmağa imkan vermir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*