H.Kovalaynen: “McLaren mənim özümə inamımı zədələdi”

Sabiq Formula1 sürücüsü Heykki Kovalaynen bildirib ki, 2009-cu ildə McLaren onu komandadan göndrəmə qərarını verdikdən sonra özünə olan inamını itirib...

F-1.az xatırladır ki, Kovalaynen 2008-ci və 2009-cu illərdə McLaren-də çıxış edib. Kovalaynen o günlər barəsində belə danışıb: “Komanda olaraq mənə kömək etdilər və daha güclü sürücü oldum. Amma 2009-cu ilin ikinci hissəsində özümə inamı itirdim. Qarşımda yaxşı fürsət var idi və məncə, başlanğıc üçün pis deyildi. Amma avtoidmanda və həyatda baş verən kiçik hadisələr sizi başqa yerlərə apara bilir və nəticələri dəyişdirir.

Mən Lyuis kimi boliddən istədiyimi ala bilmədim. Çətin zamanlar idi və komandanın yaxşı nəticələrə ehtiyacı var idi. Zehni cəhətdən zəifləmişdim. Lyuisə verilən detallar mənə verilmirdi. Komandanın onunla daha yaxşı rəftar etməsi mənə pis təsir etdi. Özümü ikinci plana atılmış kimi hiss etdim. Amma özümü görməməzliyə vurub, işimə baxmalı idim. Artıq əvvəlki kimi yaxşı sürə bilmirdim.

O vaxtı komandanın rəhbəri Martin Uitmarş mənə dedi ki, onlar sürücü axtarırlar və mənim yerimə ya Censon Battonu, ya da Rəykköneni transfer etmək istəyirlər. Əgər onlarla danışıqlar nəticəsiz qalsa, mən komandada qalacaqdım. Sonra mən ABŞ-da Şükran Gününü keçirirdim və Martin mənə zəng vurub dedi ki, Censon ilə müqavilə bağlamışıq. Buna görə də Caterham-a getdim və özümə gəlməyə çalışdım.

Amma McLaren-də yaxşı xatirələrim var. İşlədiyim ən yaxşı komanda idi. Onların hazırda çətin günlər keçirməsi məni məyus edir. Ümid edirəm ki, onlar əvvəlki güclərini bərpa edərlər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*