L.Həmilton: Dövrəm pis idi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton sıralanma turundakı son dövrəsindən narazı qalıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü İmoladakı yarışa 2-ci yerdən başlayacaq. O, komanda yoldaşı Bottasdan 0.097 saniyə geridə qalıb.

Lyuis Həmilton: “Bottas inanılmaz iş gördü. Mən də çox pis dövrə vurdum. Belə hallar baş verə bilər və həmişə mükəmməl dövrə vurmaq mümkün deyil. İtaliyanın gözəl yerindəyik və tras inanılmazdır. Burada tempimiz yaxşıdır və buna görə də özümü yaxşı hiss edirəm.

Red Bull yarış tempində güclüdür. Amma bu trasda sürmək əyləncəli olsa da, darıxdırıcı yarış izləyəcəyik. Düzlükdən sonra gələn döngədə ötmə etmək olar, lakin bura çox dardır və öndəki sürücünü izləmək çətindir. Ona görə də qatar əmələ gələcək. Ümid edirəm ki, DRS bizə kömək edər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*