17 Noyabr 2019, Bazar - 01:59

K.Sayns: “Renault-nun mənimlə maraqlanması gücümdən xəbər verir”

K.Sayns: “Renault-nun mənimlə maraqlanması gücümdən xəbər verir”

Müəllif: Rauf Hacıyev, redaktor

21:55 - 15 Dekabr, 2016

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, Renault-nun onunla maraqlanması 2016-cı ildə gözəl performans göstərdiyinin sübutudur.

F-1.az xatırladır ki, Renault komandası Saynsı transfer etmək üçün Red Bull-la danışıqlar aparsa da, avstriyalılardan “yox” cavabı almışdı.

2016-cı ildə yaxşı performans göstərən Saynsın adı son günlər Mercedes-lə də hallanır. Amma Red Bull bildirib ki, gənc sürücü komandadan ayrılmayacaq.

Karlos Sayns: “Renault kimi perspektivli komandadan təklif gələndə qərar vermək asan olmur. Red Bull ilə müzakirələrdən sonra qərar gəldik ki, Toro Rosso-da daha bir il qalmaq yaxşı olar.

Red Bull-un sürücüləri xoşbəxt olduğu halda məni dəyərləndirməkləri çətin görünür. Bəlkə gələn il hər şey dəyişər və bir sürücü uğursuz olar. Mənə də Red Bull-un qapıları açılar. Amma ümidlə mövsümə başlamaq və 2018-ci ili gözləmək çox çətindir. Hazırda olduğum yerə görə xoşbəxtəm. Gələn il güclü performans göstərib bütün qapıları açmağa çalışacam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 495
Teqlər , , ,
Paylaş

logo