17 Yanvar 2019, Cümə axşamı - 21:15

D.Rikkardo: “Gələn il Mercedes-dən güclü ola bilərik”

D.Rikkardo: “Gələn il Mercedes-dən güclü ola bilərik”

Müəllif: Rauf Hacıyev, redaktor

15:51 - 28 Dekabr, 2016

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, əgər mövsümə böyük motivasiya ilə başlasalar, Mercedes-dən daha güclü ola bilərlər.

F-1.az xatırladır ki, Mercedes turbo erasında 59 yarışdan 51-ni, Red Bull isə cəmi 5-ni qazanıb.

Daniel Rikkardo
: “Bəli, yeni mövsümdən əvvəl hamı düşünür ki, Mercedes öndə olacaq. Sözün açığı, bu məntiqlidir, amma mən əminəm ki, Red Bull-da olmalıyam. Hazırda çox motivasiyalıyıq. Arxamızda böyük enerji və dəstək var. Bunlarla birlikdə yeni mövsümdə uğurlu olacağımıza inanıram.

Bu il Renault da mühərriyi yaxşı təkmilləşdirdi. Keçən il bu ən zəif nöqtələrimizdən biri idi, amma mühərrik inkişaf etdikdən sonra rəqabətədavamlı ola biləcəyik.

Şübhəsiz ki, Mercedes gələn il çox sürətli olacaq. Amma biz də onlarla rəqabət aparmağa çalışacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 262
Teqlər , ,
Paylaş

logo