V.Bottas: İkincilik mümkün idi

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, yarışı bitirə bilmədiyi üçün məyusdur.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Monako yarışında ikinci yerdə gedərkən, 31-ci dövrədə pitə gəlib. Lakin komanda onun təkərinin qaykasını aça bilməyib. Nəticədə Bottas podium qazanacağı yarışı yarıda buraxmalı olub.

Valtteri Bottas: “Düzünü desəm, pitdə nə baş verdiyini bilmirəm. Bilmirəm insan səhvi idi yoxsa texniki problem. Lakin bundan bir nəticə çıxarmalıyıq. Bu, bizim üçün böyük səhvdir və bir də təkrarlanmamalıdır. Çox məyusedicidir.

Problem yaşamasaydıq, qələbə uğrunda mübarizə apara bilərdik. Red Bull və Maks çox sürətli idilər. Buna görə də bu, elə də asan olmayacaqdı. Amma ən pis halda ikinciliyi əldən verdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*