C.Rassell Britaniyada yaxşı nəticə gözləyir

Mercedes komandasının sürücüsü Corc Rassell düşünür ki, Britaniya yarışında güclü ola bilərlər.

F-1.az xatırladır ki, Mercedes komandası bu mövsüm dalğalanma probleminə görə çətinlik çəkir və hələ də poiul ya da qələbə qazana bilməyiblər. Silverstoun trasının quruluşu Mercedes-ə uyğundur. Buna görə də əksəriyyət Britaniyada “gümüşü oxlar”dan yaxşı nəticə gözləyir.

Corc Rassell: “Son üç yarışda şəhər tipili traslarda yarışdıq. Buna görə də sürətli və sığallı Silverstoun bolidimizə daha uyğun ola bilər. Heç nəyə təminat yoxdur. Daha əvvəl dediyim kimi: Getdiyimiz hər yarışda fərqli problemlərlə rastlaşırıq.

Mercedes-ə gələndə bilirdim ki, reqlament dəyişir və biz ən sürətli komanda olmaya bilərik. Əgər elə etməsəydim, hər yarışda qələbə gözləyib məyus olardım. Yenə də hər yarış hədəfim qələbə qazanmaqdır. Bunun üçün də sazlanmalar tapmalıyıq. Bu həftəsonu da gözləntilərim dəyişməyəcək. Beşincilik şansım varsa, beşinci yer üçün mübarizə aparacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*