R.Braun Formula1-ə qayıdır?

Ross Braun bildirib ki, Formula1-ə qayıda bilər, amma ona hələ də ciddi bir təklif gəlməyib...

F-1.az xatırladır ki, Braun 2013-cü ildə Mercedes-dən ayrılmışdı və təqaüdə çıxdığını rəsmən elan etmişdi. Braun jurnalistlərin “Hər hansı komandadan sizə təklif gəlibmi?” sualına cavab verib: “Xeyr, hələ heç bir təklif yoxdur”.

Braun bildirib ki, əgər idmana qayıtsa, tam işləməyəcək: “Mənə motivasiya verən və marağımı cəlb edən təklif almamışam. Belə şeylərdə heç vaxt “heç vaxt” demək olmaz, amma hazırda gördüyüm işdən razıyam. Mən idmanda olanda 7/24 işləyirdim, amma artıq əmin deyiləm ki, bunu edə bilərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*