N.Rosberq: Gedəcəyim vaxtı özüm seçmək istədim

Sabiq Formula1 sürücüsü Niko Rosberq bildirib ki, performansını itirmədən təqaüdə çıxıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2016-cı ildə Dünya Çempionu olduqdan 6 gün sonra istefa verərək, F1 karyerasını bitirmişdi. O vaxt Rosberqin 31 yaşı var idi və təqaüdə çıxmaq üçün çox cavan sayılırdı. Hətta, bəziləri onun qayıdacağını düşünsə də, Niko qərarında qəti olaraq qaldı.

Niko Rosberq: “Elə bilirdim ki, bir dövrdən sonra zəifləyəcəm və heç bir komanda məni istəməyəcək. Gedəcəyim vaxtı özüm təyin etmək istədim. Şəxsiyyətimdən imtina etdim. Həyatımdakı hər şey yarışmaqdan ibarət idi. Mexaniklərim, mühəndislərim, komanda yoldaşlarım, hətta sosial əhatəm…

Bütün bunlardan imtina etmək həyatımda şok effekti verdi. Uğur qazanmaq və tanınmaq istəyimdən də imtina etdim. Öz-özümə digər ambisiyalarım haqda soruşmamışdım. Həmişə sonrakı yarış barədə düşnürdüm. Təqaüdə çıxdıqdan sonra özümü tanımaq üçün əlimdən gələni etdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*