L.Həmilton: “Mənim hər zaman itlərim olub”

Lyuis Həmilton imici və həyat tərzinə görə çox vaxt tənqidlərə məruz qalır. Lakin o, bunları dəyişmək fikrində deyil. Bu günlərdə Good Morning America verilişinin qonağı olan Mercedes AMG-nin sürücüsü maraqlı müsahibə verib.

F-1.az həmin müsahibəni təqdim edir.

Sual: Çoxları düşünür ki, Formula1 bolidini sürmək sadəcə pedallar və sükanla işləməkdən ibarətdir. Lakin siz bir dövrə vurmaq üçün çox hərəkət etməli olursunuz.

Lyuis Həmilton: Bəli, belədir. Mən deyəndə ki, hər bir yarışda 4.5 kq-a yaxın çəki itirirəm, hamı təəccüblənir. Hətta çox adam pilot olmadığı üçün peşman olur.

Sual: Deməli, bu, arıqlamağın ən sadə üsuludur!

Lyuis Həmilton: Tamamilə doğrudur.

Sual: Siz Formula1-in ilk qaradərili pilotusunuz və üç titul qazanmısınız. Amma siz sadə bir ailədə böyümüsünüz. Atanız bəzən eyni anda dörd yerdə işləməli olub ki, siz pilot kimi çıxış edə biləsiniz…

Lyuis Həmilton: Belədir ki, var. Avtoidman çox bahalıdır. Ailəm maddi olaraq buna hazır deyildi. Biz birotaqlı evdə yaşayırdıq. Mən yarış karyerama başlayanda bu, çox xoşuma gəldi. Lakin atam çox işləməli oldu.

Sual: Lakin o vaxtdan inanılmaz uğurlara nail olmusunuz. Siz Kokonu da bura gətirmisiniz. İtiniz barədə danışa bilərsiniz?

Lyuis Həmilton: Mənim itlərim həmişə olub. Çalışıram ki, Kokonu hər yerə aparım. Mənim daha bir buldoqum var. Lakin indi Britaniyadadır. Çünki bu yaxınlarda əməliyyat olunub.

Sual: İtləriniz üçün Lyus Həmiltonla yaşamaq necədir?

Lyuis Həmilton: Koko digər itlər kimi deyil – gəzməyi sevmir. Onu parka aparmaq üçün Uber taksi xidmətinə zəng etməli oluram. Mən onu skamyanın üstünə qoyuram, bir qədər sonra isə biz maşınla evə qayıdırıq.

Sual: Siz bu günlərdə Haydi Klumun təşkil etdiyi şənliyə qoşulmusunuz, lakin sizi heç kim Coker imicində tanımayıb.

Lyuis Həmilton: Bəli, hətta dostlarım da məni tanımadılar!

Sual: Qrimlənmək üçün sizə nə qədər vaxt lazım oldu?

Lyuis Həmilton: Maska üçün təxminən 2.5 saat vaxt sərf olundu. Britaniyada Helloin bayramı qeyd edilmir. Bayram vaxtı ABŞ-da idim və buna ciddi surətdə hazırlaşmaq qərarına gəldim.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*