L.Həmilton: “Belə qələbələr istəmirəm”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, belə qələbələr qazanmaq istəmir.

F-1.az xatırladır ki, Fettel yarışın 48-ci dövrəsində tras xaricinə çıxıb və geri dönən zaman Həmiltonu divara sıxdığı üçün 5 saniyə cəza alıb. Buna görə də finiş xəttini birinci yerdə keçdiyi halda, ikinciliyə razı olub.

Lyuis Həmilton: “Əvvəlcə komandama təşəkkür etmək istəyirəm. Cümə günü qəza edəndən sonra bolidi düzəltdilər. Yarışmaya bilərdim. Belə yollarla qələbə istəməzdim. Onu yaxından izlədim və səhv etməyə məcbur etdim. Daha sonra az qala bir-birimizə çırpılırldıq. Bəxti gətirmədi. Lakin yarışlar belə olur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*