Monako-2016: Birinci sərbəst yürüşlər

Monakoda komandalar ehtiyat sürücülərin xidmətlərindən istifadə etmirlər və bütün sessiyaları əsas sürücüləri ilə keçirirlər, sürücülər isə trasda maksimum zaman keçirməyə çalışırlar.

Sürücülərin çoxu artıq sessiyanın əvvəlindən UltraSoft təkərlərlə işə başlayıbar – mövsümdə debüt edən tərkibin resurs və effektivliyini qiymətləndirmək lazım idi. Asfaltın vəziyyəti isə yaxşı olmayıb. Mercedes sürücüləri həftəsonu üçün 10 dəst bənövşəyi təkər seçdikləri üçün trasa da birinci yollanıblar.

Yarım saatın sonunda Felipe Massa 1-ci döngədə qəzaya uğrayıb, Virtual Təhlükəsizlik Maşını (VSC) elan olunub, Williams maşını operativ təxliyə olunub.

Növbəti yarım saatın sonunda Esteban Qutyerres 7-ci dönədən sonra maşını dayandırmalı olub – güc qurğusunda problemlər üzə çıxıb. Sessiyanın sonuna sayılı dəqiqələr qalanda 12-ci döngədə Colion Palmer baryerə çırpılaraq asılqanı dağıdıb. Ümumiyyətlə, baryerlərlə bir çox sürücü yüngül təmas yaşayıb, amma ciddi hadisə baş verməyib.

Batton və Rosberqin maşınları isə trasdakı drenaj sisteminin qapağı ilə təmas yaşayıblar. Sessiya qırmızı bayraqlarla dayandırılıb və restart verilməyib. FİA-nın nümayəndələri və Monako AvtoKlubunun üzvləri insidentin səbəblərini araşdırmaq üçün trasa yollanıblar.

Protokollara Lyuis Həmilton başçılıq edib – 1:15.537, ən böyük məsafəni isə Valtteri Bottas qət edib – 44 dövrə.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:15.537 31
2 6 Niko Rosberq Mercedes AMG 1:15.638 + 0:00.101 39
3 5 Sebastyan Fettel Ferrari 1:15.956 + 0:00.419 26
4 3 Daniel Rikkardo Red Bull 1:16.308 + 0:00.771 29
5 33 Maks Ferstappen Red Bull 1:16.371 + 0:00.834 30
6 26 Daniil Kvyat Toro Rosso 1:16.426 + 0:00.889 37
7 27 Niko Hülkenberq Force İndia 1:16.560 + 0:01.023 34
8 11 Serxio Peres Force İndia 1:16.697 + 0:01.160 28
9 7 Kimi Rəykkönen Ferrari 1:16.912 + 0:01.375 24
10 55 Karlos Sayns Toro Rosso 1:17.130 + 0:01.593 39
11 77 Valtteri Bottas Williams 1:17.562 + 0:02.025 44
12 8 Roman Qrojan Haas 1:17.599 + 0:02.062 33
13 14 Fernando Alonso McLaren 1:17.838 + 0:02.301 27
14 21 Esteban Qutyerres Haas 1:17.909 + 0:02.372 25
15 22 Censon Batton McLaren 1:17.920 + 0:02.383 26
16 12 Felipe Nasr Sauber 1:18.187 + 0:02.650 29
17 20 Kevin Maqussen Renault 1:18.274 + 0:02.737 34
18 9 Markus Eriksson Sauber 1:18.301 + 0:02.764 33
19 19 Felipe Nasr Williams 1:18.746 + 0:03.209 10
20 30 Colion Palmer Renault 1:18.871 + 0:03.334 22
21 88 Rio Haryanto Manor 1:20.528 + 0:04.991 28
22 94 Paskal Verlyayn Manor 1:20.868 + 0:05.331 25
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*