L.Həmilton: “Daniel əvvəlcə Maksı qabaqlasın”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Rikkardo onunla komanda yoldaşı olmazdan əvvəl Ferstappeni qabaqlamalıdır.

F-1.az Rikkardonun Həmiltonla komanda yoldaşı olmaq istədiyini xəbər vermişdi.

Lyuis Həmilton: “Daniel mükəmməl sürücüdür. Ona qarşı yarışmaq fərqli olacaq. O mükəmməl insandır və komandasına həmişə pozitivlik qatır. İnsanlar mənə qarşı yarışmaq istəyəndə bunu tərif kimi qəbul edir. Bu doğrudan da maraq çəkən gözəl şeydir.

İnanmıram ki, insanlar mənim yanımda olmaq istəsinlər. Bu, onlar üçün yaxşı olmaya bilər. Amma bu hal böyüməyinizə kömək edə bilər. Danielin çox güclü komanda yoldaşı var və onu qabaqlamaq üçün çox işləməlidir. Başqa adamı keçməkdən danışmaqdansa, birinci öz komanda yoldaşınızı keçməlisiniz. Bu, mənim şəxsi fikrimdir.

Mən ən güclü sürücü – Alonso ilə yarışmışam. Valtteri ilə də mübarizə aparmaqdan həzz alıram. Komandada pozitiv abu-havanı pozmadığı halda hamı ilə yarışaram”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*