Barselonada IndyCar mərhələsinin keçirilməsi ilə bağlı müqavilə bir neçə ili əhatə edir. Amerika yarış seriyası üçün bu, 2013-cü ildən bəri Şimali Amerikadan kənara ilk səfər olacaq. Həmin il yarış San Pauluda baş tutmuşdu. Avropada IndyCar mərhələsi sonuncu dəfə 2007-ci ildə Niderlanddakı TT Circuit Assen trasında keçirilib.
Aleks Palou: “IndyCar-ın ilk dəfə Barselonaya gəlməsinə çox şadam. Mənim üçün bu, xüsusi hadisədir, çünki yarış doğma şəhərimdə keçiriləcək. Bunun mənim üçün nə qədər böyük məna daşıdığını təsvir etmək üçün söz tapmaqda çətinlik çəkirəm.
Əminəm ki, azarkeşlərin xoşuna gələcək və biz onları yaxşı yarışla sevindirəcəyik. Chip Ganassi Racing komandası ilə birlikdə iyul yarışında qələbə qazanmağa çalışacağıq”.





