Pauerdən əfsanəvi nəticə

Dünən gecə okeanın o tayında İndyCar çempionatının 15-ci mərhələsinin sıralanma turu baş tutub.

Mövsümün lideri Penske komandasının sürücüsü Vill Pauer mövsümdə 4-cü dəfə pouldan start almaq hüququnu qazanıb. Pauerin bu nəticəsi çempionat tarixində əlamətdardır – 67-ci poulla Vill əfsanəvi Mario Andrettiyə çatıb. Rekordu elə bu il yeniləmək üçün Villin daha iki tur şansı olacaq…

Mübarizə çox gərgin alınıb. Maraqlıdır ki, ilk altılığa düşən sürücülər elə mövsümdə də ilk altı yeri tuturlar. Yekunda Vill ikinci olmuş Markus Erikssonu cəmi 0.1147 saniyə üstələyə bilib. Markus isə Cozef Nyuqardeni cəmi 0.0766 saniyə qabaqlayıb.

Cəmi 0.8 saniyəyə yerləşmiş ilk altılığı Skott MakLaflin, sonuncu çempion Aleks Palou və Skott Dikson tamamlayıblar.

Bu gecə ilk altılığın mübarizəsi çox gərgin olacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*