Portlənddə yaşıl podium

Dünən gecə okeanın o tayında İndyCar seriyasında Portlənd Qran Prisi baş tutub.

F-1.az xəbər verir ki, mövsümün sondan əvvəlki mərhələsi çempionun adına aydınlıq gətirə bilməyib və podiuma yalnız Avstraliya ilə Yeni Zelandiya təmsilçiləri qalxıblar.

Skott MakLaflin Oreqonda yarışa pouldan başlayaraq, debütdə liderliyini qoruyub saxladıqdan sonra onu yalnız pit stoplarda itirərək mükəmmələ yaxın bir performans göstərib. Mövsümün üçüncü qələbəsi Penske komandasının sürücüsünün titul üçün nəzəri şanslarını saxlayıb, lakin bunun üçün yenizelandiyalıya kiçik bir möcüzə lazım olacaq.

Ümumi sıralamanın lideri və MakLaflinin komanda yoldaşı Vill Pauer Portlənddə əsas işi görüb – hətta komanda yoldaşı ilə ayaqlaşa bilməsə də, o, inamla ikinci olub və əsas rəqiblərindən fərqi artırıb.

Skott Dikson kiçik möcüzə göstərərək 16-cı yerdən podiuma yüksəlib və bu podium Ganassi komandasının sürücüsünə karyerasında yeddinci dəfə IndyCar-da ən güclü olmaq üçün yaxşı şans saxlayıb.

Başqa bir iddiaçı – Cozef Nyuqarden uzun müddət podiuma iddialı görünüb, lakin final seqmenti üçün komanda ona yumşaq təkərlər taxıb və 16 dövrədə amerikalı ilk onluğun sonuna qədər geriləyib.

Gələn həftə Montereydə keçiriləcək mövsümün son yarışına Pauer 523 xal xalla gələcək, onu 503 xalı olan Dikson və Nyuqarden təqib edirlər. Titula cüzi şanslarını Eriksson (484) və MakLaflin (482) də saxlayırlar…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*