Qrojan olmasın, Eriksson olsun

Dünən gecəyarısı okeanın o tayında Sent Petersburq şəhərinin küçələrində salınmış süni trasda yeni İndyCar mövsümü start alıb.

F-1.az xəbər verir ki, keçmiş F1 sürücüsü Roman Qrojan pouldan start alıb. Andretti komandasının fransalı sürücüsü 100 dövrəlik yarışın böyük bir hissəsində liderlik etsə də, yarışda qələbəyə əsas namizəd hesab olunsa da, yenə də yarışı divarda başa vurub.

Penske komandasından Skott MakLaflin pitdən soyuq təkərlərlə Romanın qarşısında trasa qayıdıb və döngədə onu xarici radiusla keçməyə çalışan Romanla təmas yaşayıb. Nəticədə hər iki sürücü divara dəyərək mübarizəni dayandırıb.

Bundan sonra liderliyə McLaren komandasının sürücüsü Pato O Vard yüksəlib. Amma finişə cəmi 3 dövrə qalmış onun maşınında yaranan mühərrik problemi Markus Erikssonun irəli çıxmasına səbəb olub.

Yekunda keçmiş F1 sürücüsü İndyCar-da 4-cü qələbəsini qazanıb.

Podiumu Pato və Chip Ganassi komandasından Skott Dikson tamamlayıblar.

Çempionatın növbəti mərhələsi Texas Avtodromunda gələn ayın əvvəlində baş tutacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*