F.Nasr öz vətənində xal qazanmaq istəyir

Sauber komandasının sürücüsü Felipe Nasr bildirib ki, xal almaq üçün şansa ehtiyacları var...

F-1.az xatırladır ki, isveçrəlilər mövsümə maliyyə problemləri ilə girmiş və yay fasiləsinə qədər heç bir yenilik hazırlamamışdılar.

Amma Markus Erikssonun Meksikada 11-ci olması Felipe Nasrı ruhlandırıb və braziliyalı öz ölkəsindəki yarışda xal qazanacağına inanır: “Braziliyada komandanın ilk xallarını qazanmaq üçün hər şeyi hesablamalıyıq. Xüsusən də, hava şəraiti vacib rol oynayacaq. Çünki hava haqqında proqnoz vermək mümkün deyil.

Dəyişkən hava şəraiti bizim xeyrimizə olar. Görək nə olur. Normal hava şəraitində ilk onluğa düşə biləcək bolidimiz yoxdur. Xal qazanmaq üçün bəxtimiz gətirməlidir.

Hər şeyi bir araya gətirib əlimizdən gələni etməliyik və bəxtimiz gətirməlidir. Belə olan halda xal qazana bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*