N.Rosberq niyə startda 4 yer itirib?

Niko Rosberq ötürmələr qutusunu dəyişdirməsinə baxmayaraq, yarışa 6-cı yerdən başlayacaq və FİA bunu təsdiqləyib...

F-1.az xatırladır ki, Rosberq sıralanma turunda ikinci yeri tutmuşdu və startda 5 yer itirmək cəzasına görə yarışa 7-ci yerdə başlamalı idi. Amma bir neçə sürücü startda yerlər itirdiyi üçün FİA-nın cəza sisteminə görə Rosberq cəmi 4 yer itirib.

Qeyd edək ki, cəzalar verilmə vaxtına görə yox, eyni anda tətbiq edilir. Colion Palmer, Felipe Nasr və Rio Haryanto bayraq cəzaları aldıqdan sonra start düzümü tam dəqiqləşib. Beləliklə, Fettelin arxasında cəza alan sürücü olmadığı üçün almaniyalı 9-cu pilləyə geriləyib.

Fettelin cəzasından sonra 4-cü yer boş qaldığı üçün Rosberq 4 yer itirib və yarışa 6-cı yerdən başlayacaq…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*