L.Həmilton: Mənəvi çökmüşəm

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Amerikada qələbəni əldən verdikdən sonra mənəvi cəhətdən çöküb.

F-1.az xatırladır ki, Maks Ferstappen ikinci pit-stopda 11 saniyə ləngidikdən sonra Həmilton qələbə üçün real namizəd idi. Lakin niderlandlı sürücü son dövrələrdə yeddiqat Dünya Çempionunu keçərək, mövsümdə 13-cü qələbəsini əldə edib.

Lyuis Həmilton: “Əvvəlcə buradakı azarkeşlərə təşəkkür edirəm. Formula1-də gördüyüm ən böyük auditoriyadır.

Komandama da təşəkkür etmək istəyirəm. Yeniliklərlə fərqi bağlamışıq. Qələbəyə çox yaxın idim. Bolid bu gün doğrudan da sürətli idi. Lider olanda özümü yaxşı hiss edirdim. Komanda olaraq çox işlədik və bu vəziyyət ümid verici idi.

Öndə qalmaq üçün əlimnən gələn hər şeyi etdim. Düzgün strategiya seçsək də, Red Bull bu gün bir az sürətli idi. Onları həm təbrik edirəm, həm də başsağlığı verirəm.

Yarışı qazanmadığım üçün məyusam. Amma son üç yarışda yenə də mübarizə aparacağıq. Bu uğuru əldə edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*