N.Rosberq: “Red Bull hamını təəccübləndirdi”

Mercedes AMG komandasının sürücüsü Niko Rosberq bildirib ki, Ferrari onlara çox yaxındır və ona görə də onlar dincəlmədən işləməlidirlər...

F-1.az xatırladır ki, Rosberq Çin yarışında qalib gələrək, bu il 100 fazilik nəticə göstərib. Amma Rosberq yenə də rəqibləri barədə ehtiyatla danışır və bildirir ki, Ferrari problemsiz yarış keçirsə, Mercedes-in işi çətin olacaq.

Niko Rosberq: “Ferrari hələ də əsl gücünü göstərə bilməyib, çünki hər yarış bir problem yaşayırlar. Amma biz düşünürük ki, onlar sürət baxımından bizə çox yaxındırlar.

Buna görə də, dayanmadan işləməliyik. Rəykkönen sıralanma turunda səhv etməsəydi, bizi qabaqlaya bilərdi”.

Rosberq əlavə edib ki, Red Bull komandası onlar üçün əsas rəqiblərdən biri ola bilər: “Red Bull komandası Çində hamını təəccübləndirdi. Həm sıralanma turunda, həm də yarışda çox yaxın idilər.

Ferrari bizə çox yaxındır və Red Bull sürücüləri də bizə yarım saniyə yaxın idi. Onlar bizi təzyiq altında saxlayırlar.

Onlar böyük addım atdılar və bu hamını təəccübləndirdi. Onların mühərriyi böyük ehtimalla bizimkindən çox zəifdir. Amma artıq onları da hesaba almalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*