D.Rikkardo: Braziliyada bizi maraqlı yarış gözləyir

F-1.az xəbər verir ki, San Paulodakı yarış ərəfəsində McLaren komandası ilə son yarışlarını keçirən Daniel Rikkiardo öz fikirlərini səsləndirib.

Daniel Rikkardo: “San Pauloya gəldiyim üçün xoşbəxtəm. Tribunalarda karnaval ab-havası yaradan möhtəşəm azarkeşlər var. Trasda, döngələrdəki yüksəklik dəyişiklikləri sayəsində sürmək çox maraqlı olur. Bütün bunlar və şənbə günü baş tutacaq sprint yarışı qızğın mübarizəyə və azarkeşlər maraqlı həftəsonuna töhfə verməlidir. Mexikodakı yaxşı nəticədən sonra əla əhval-ruhiyyədəyəm. Mövsümün son iki yarışında əldə etdiyimi sürəti qoruyub saxlamağa çalışacağıq. İrəli!”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*