D.Kvyat: Daniel o vaxtlar çox güclü idi

Sabiq Formula1 sürücüsü Daniil Kvyat bildirib ki, Daniel Rikkardo çox güclü sürücü olub.

F-1.az xatırladır ki, iki sürücü 2015-2016-cı illərdə komanda yoldaşı olmuşdular.

Daniil Kvyat: “Rikkardo o vaxtlar superulduz kimi idi. Mən komandaya gələndə təzəlikcə Fetteli məğlub etmişdi. Hamı onu görəndə həyəcanlanırdı. Hamı onun üçün ən güclü sürücü deyirdi. İndi vəziyyət fərqli olsa da, o vaxt ən güclü sürücülərdən idi.

Red Bull-a gəldiyim 2015-ci il mənim üçün böyük il idi. Onun haqqında olan təəssüratım çox gülməli xarakteri və media üçün cəlbedici olduğu idi. Yaxşı yola gedirdik.

Düzdür, aramızda rəqabət var idi. Əvvəl çox ciddiyə almasa da, daha sonra mənimkimi gecəyə qədər boksda qalmağa başladı. İkimiz də orada oturub, məlumatları təhlil edirdik.

O dövrün maşınları ona daha çox uyğun idi. Buna görə təkərlərə yaxşı nəzarət edirdi. Ovaxtkı təkərlər bir az fərqli idi. Çox tez xarab olurdular. Çox güclü rəqib idi və məni daha güclü olmağa məcbur edirdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*