21 Avqust 2019, Çərşənbə - 14:16

D.Kvyat: “Rikkardo ilə bərabər mübarizə apardım”

D.Kvyat: “Rikkardo ilə bərabər mübarizə apardım”

Müəllif: Rauf Hacıyev, redaktor

19:47 - 17 Dekabr, 2016

Daniil Kvyat 2016-cı il mövsümünün əvvəlində Red Bull-dan qovulsa da, həm 2015-ci ildə, həm də 2016-cı ildə Rikkardo ilə bərabər mübarizə apardığına inanır.

F-1.az xatırladır ki, rusiyalı sürücü 2014-cü ildə Toro Rosso komandasında debüt etmiş və 2015-ci ildə 4 qat Dünya Çempionu Sebastyan Fettelin əvəzinə Red Bull komandasına transfer olunmuşdu. Amma 2016-cı il mövsümünün həm Çin, həm də Rusiya yarışlarında Fettellə təmas yaşadığı üçün komandası tərəfindən yenidən Toro Rosso-ya göndərilmiş və əvəzinə Maks Ferstappen transfer edilmişdi.

Rusiyalı sürücü Red Bull-dakı ilk mövsümündə xal sayına görə Rikkardonu qabaqlamışdı. Kvyat 2016-cı il mövsümünün Çin yarışında 3-cü olaraq podiuma yüksələ bilmişdi.

Daniil Kvyat: “Orada Daniellə işlədim və doğrudan da yüksək səviyyəli sürücü idi. Onunla başa-baş mübarizə apardığıma inanıram. Mən bir az qeyri-stabil idim. Bəlkə də, təcrübəm az olduğu üçün bolidi bir az gec tanıdım”.

Kvyat əlavə edib ki, Toro Rosso bolidi Karlos Saynsın sürüş stilinə uyğundur: “Karlos bolidi işlədə bildi. İlk 3 yarışdan sonra bolid onun üçün daha əlverişli idi və son həddə sürəndə nəsə baş verirdi. Çox güclü olduğu üçün onu məğlub etmək çətin idi. Amma mən tempi tuta biləndə Saynsa çox yaxın olurdum.

Gələn il Karlosa qarşı yarışmaq qəribə olacaq. Buna görə də həyəcanlıyam”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 513
Teqlər , , , , ,
Paylaş

logo