12 Dekabr 2018, Çərşənbə - 08:00

M.Ferstappen: “Vaxt itirmək yaxşı olmadı”

M.Ferstappen: “Vaxt itirmək yaxşı olmadı”

Müəllif: Rauf Hacıyev, redaktor

18:13 - 07 Aprel, 2018

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, yarış tempində daha güclü olacaqlar.

F-1.az xatırladır ki, hollandiyalı sürücü cümə gününü lider Rəykkönendən 0.9 saniyə geridə 5-ci yerdə bağlayıb.

Maks Ferstappen: “Birinci sərbəst yürüşlərdə problem yaşadıq və bir az vaxt itirdik. Belə şeylər həmişə olur. Buna görə də narahat deyilik. Təbii ki, saatyarım itirmək heç yaxşı olmadı. Amma əsas odur ki, problem sıralanma turunda və yarışda olmadı.

İkinci sərbəst yürüşlərdə boliddə yaxşı balans tutdum və xüsusən də yarış tempində gedərkən hər şey əla idi. Təkərlərin gec yeyilməsi də bizim üçün əla oldu. Yarışda strategiya çox vacib olacaq. Bəxtimiz gətirsə, əla nəticə əldə edə bilərik. Bolidi vahid dövrədə təkmilləşdirib sıralanma turunda əla nəticə almalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 140
Teqlər , , , ,
Paylaş

logo