F.Tost: “Podium qazana bilərik”

Toro Rosso komandasının rəhbəri Frants Tost bildirib ki, onlar 2016-cı ildə podiuma çıxa bilərlər...

F-1.az xatırladır ki, Toro Rosso keçən mövsüm Maks Ferstappenin hesabına 2 dəfə dördüncü yeri tutub və podiuma yaxınlaşıb.

Toro Rosso komandası 2016-cı il bolidini bu gün təqdim edib. İtalyanlar bu ildən Ferrari mühərriklərindən istifadə edəcəklər.

Frants Tost yeni bolid barədə danışıb: “Keçən il Macarıstan və ABŞ-da dördüncü yeri tutduq. Bu il keçənilkindən güclü olmalıyıq və ona görə də podium mümkün olmalıdır.

Yeni bolid yaxşı işləyir və dözümlüdür. Sürücülərimiz də yaxşı işləyir. Düşünürəm ki, podium mümkündür. Ən azından ümid edirik ki, belə olacaq. Hədəfimiz çempionatı 5-ci pillədə bitirməkdir.

Yeni bolid sələfinə nisbətən güclü olmalıdır. Biz gözləyirik ki, bu irəliyə doğru bir addım olsun. Çünki keçən ildən daha yaxşı hazırlaşmışıq.

Ondan başqa Ferrari mühərriklərinə qayıtdıq və Maranellodakı dostlarımızla işləyəcəyik. Bu, bizim üçün yaxşı oldu.

Karlos və Maks çox istedadlıdırlar. Əminəm ki, onlarla yaxşı nəticələr əldə edəcəyik. Onlar sürətlə inkişaf edirlər. Onlar keçən il özlərini yaxşı tərəfdən göstərdilər və əminəm ki, bu il daha güclü olacaqlar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*