M.Ferstappen: Hədəf Peresi ikinci etməkdir

Red Bull komandasının sürücüsü Maks Ferstappen istəyir ki, sürücülər çempionatında Red Bull sürücüləri ilk iki yeri tutsunlar.

F-1.az xatırladır ki, niderlandlı sürücü Yaponiyada titulu təmin edib. İndi Red Bull komandası Peresi çempionatda ikinci yerə daşımaq istəyir.

Maks Ferstappen: “Braziliya gözəl ölkədir və zəngin mədəniyyəti var. Oraya getmək çox gözəldir. Bu həftəsonu sprint yarışı olacaq və sıralanma turundan əvvəl bir sərbəst yürüşümüz var. Bu da işləri çətinləşdirir. Çox qısa müddtədə ən yaxşı sazlanmaları tapmalıyıq.

Çempionatda ilk iki yeri tutaraq, mövsümü tamamlamaq istəyirik. Serxionun bu yarışda Şarlı qabaqlaması bizim üçün çox vacib olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*