M.Ferstappen: Tost mənə çox kömək etdi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, hər sürücünün karyerasının əvvəlində Frants tost kimi rəhbərə ehtiyacı olur.

F-1.az xatırladır ki, Fettel, Rikkardo, Buemi və Ferstappen kimi sürücülər Formula1-ə təzə addım atanda Frants Tost ilə işləyiblər. Lakin avstriyalı mütəxəssis ilin sonunda AlphaTauri komandasının rəhbər vəzifəsindən gedir. O, təqaüdə çıxacaq.

Maks Ferstappen: “Frants ilə bir ildən çox işlədim. Karyeranızın əvvəlində yanınızda Frants kimi bir adamın olması vacibdir. Karyeramın əvvəlində mənə çox köməyi dəydi. Tövsiyələri və təcrübəsi ilə dəstəklədi. O, gənc sürücülərlə əla işləyir.

Gənc sürücülər Formula1-ə girəndə tezliklə uğur qazanmaq istəyirlər. Bəzən əmin olmaq yaxşıdır. Onunla etdiyim söhbətlər mənə çox kömək etdi. O, çoxlu istedadlar kəşf elədi. Onun hesabına yaxşı karyeram oldu. Onun getdiyini görmək məyusedicidir, ancaq uzun illər Formula1-də işlədikdən sonra ailənizə də vaxt ayırmalısınız”.

Qeyd edək ki. Frants Tost 2005-ci ildən bəri AlphaTauri (əvvəlki adı Toro Rosso) komandasında rəhbərdir. O, Mask Ferstappenlə 2015-2016-cı illərdə işləyib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*