10 Dekabr 2018, Bazar ertəsi - 08:57

Meksika-2018: Yarış

Meksika-2018: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

00:57 - 29 Oktyabr, 2018

Bir il əvvəl olduğu kimi Lyuis Həmilton Meksikaya titul qazanmağa gəlib. Mövsümün sonuna 3 yarış qalmış 70 xallıq üstünlüyə malik olan britaniyalı sürücüyə Sebastyan Fettelin nəticəsindən asılı olmayaraq, yarışı sadəcə 7-ci yerdən yuxarı başa vurmaq kifayət idi. Almaniyalı sürücü isə fərqi azaltmağa çalışsa da, Rodriges qardaşlarının adını daşıyan trasın dəniz səviyyəsindən çox hündürdə yerləşməsi qüvvələr nisbətinə ciddi təsir edib – sessiyaların gedişində Mercedes və Ferrari sürücüləri protokollara başçılıq edə bilməyiblər.

F-1.az xatırladır ki, cümə və şənbə məşqlərində Maks Ferstappen liderlik edib. Hamı gözləyirdi ki, bu həftə Maks Formula1 tarixində poul qazanmış ən gənc sürücü olacaq, amma son həlledici dövrəsində Daniel Rikkardo gənc komanda yoldaşını cəmi 0.026 saniyə qabaqlayıb – Daniel karyerasında 3-cü, mövsümdə isə 2-ci poulunu qazanıb.

Renault motorçuları keçənilki uğursuzluqlardan nəticə çıxarıblar – turbinin optimallaşdırılmış konstruksiyası hündürlükdə yerləşən trasda güc baxımından Mercedes və Ferrari motorlarına çatmağa imkan verib. Sıralanma turunun nəticələrinə görə, ilk səkkizlikdə 4 Renault motorlu maşın yer alıb – ilk cərgəni isə Red Bull maşınları zəbt ediblər. Bu hal 2013-cü ilin ABŞ yarışından sonra ilk dəfə baş verib.

İkinci cərgədə isə titula namizədlər yer alıblar – Həmilton və Fettel, komandaların ikinci sürücüləri 3-cü sırada yerləşiblər – Bottas və Rəykkönen.

İki sürücü startda yer itirib – Roman Qrojan keçən həftə Ostində baş verən insidentə görə 3 yerli cəza almışdı, Pyer Qaslinin isə maşınında güc qurğusunun elementləri və ötürmələr qutusu dəyişdirildiyindən sürücü sonunda yerə göndərilib.

Pirelli Meksikaya ən yumşaq üçlüyü – HyperSoft, UltraSoft və SuperSoft tərkiblərini gətirib. HyperSoft tərkibi tez yeyildiyindən komandalar yarışda bu tərkibdən istifadəni minimuma endirməyə çalışıblar. Sıralanma turunun ikinci sessiyasında top-komandaların sürücüləri daha bərk UltraSoft tərkibini seçiblər ki, bu tərkibllərlə start alsılar.

İlk onluğun digər sürücüləri (Hülkenberq, Sayns, Lekler və Eriksson), eləcə də, Qasli starta HyperSoft tərkibini, McLaren və Williams sürücüləri ilk altılıq kimi UltraSoft tərkibini, yerdə qalan sürücülər isə ən bərk SuperSoft tərkibini seçiblər.

Startda Ferstappen və Həmilton təkərləri yerində fırlanan Rikkardonu qabaqlayıblar, Fettel Bottasın hücumunu son anda dəf edə bilib. Okon və Hartli təmas yaşadıqdan sonra boksa üz tutmalı olublar. 2-ci dövrənin sonunda ilk onluq: Ferstappen – Həmilton – Rikkardo – Fettel – Bottas – Rəykkönen – Sayns – Hülkenberq – Lekler – Eriksson.

Okonun maşının qırıntıları Alonsonun maşınını zədələdiyi üçün ispaniyalı sürücü 4-cü dövrədə mübarizənid ayandırmalı olub. Onun təxliyəsi üçün Virtual Təhlükəsizlik Maşını (VTM) rejimi elan olunub. 7-ci dövrədə Qasli ilk planlı pit-stopa yollanıb. 11-ci dövrədə Stroll da yeni təkərlərə keçib.

Həmiltonuns ürəti aşağı düşüb – ön təkərlər dənləndiyi üçün britaniyalı sürücü 12-ci dövrədə boksa tələsib. Onunda ardınca Bottas, Sayns və Sirotkin də pitə yollanıblar.

13-cü dövrədə isə Rikkardo, Hülkenberq və Vandorn kolleqalarından geri qalmayıblar. 14-cü dövrədə Ferstappen və Lekler də eyni addımı atıblar. 14-cü dövrədə Peresin hücumu uğurlu alınıb – yerli sürücü doğma azarkeşlərinin gözləri önündə Erikssonu üstələyib. 15-ci dğvrədə daha təzə təkərlərlə Ferstappen start-finiş düzlüyündə Rəykköneni qabaqlayıb. 17-ci dövrədə isə təkərləri yeyilmiş Kimi əvvəlcə Həmilton, ardınca isə Rikkardo üçün asan şikara çevrilib.

17-c dövrədə Eriksson, 18-ci dövrədə isə hər iki Ferrari sürücüsü boksa çağırılıblar.

25-ci dövrədə isə Stroll ikinci dəfə yeni təkər dalınca mexaniklərinə üz tutub – pit-stop zamanı mexaniklərdən biri yıxılıb, cidd zədə almayıb. 26-cı dövrədə Hartli, 28-ci dövrədə isə Qasli növbəti təkər dəstinə keçiblər.

Fettel Rikkardo ilə fərqi minimuma endirib, amma sürət fərqi az olduğu üçün real hücum şansı olmayıb.

31-ci dövrədə Sayns maşını 13-cü döngədə saxlayıb – onun təxliyəsi üçün növbəti dəfə VTM rejimi elan olunub. Peres və Okon dərhal boksa yollanıblar. 33-cü dövrənin sonunda ilk onluq: Ferstappen – Həmilton – Rikkardo – Fettel – Bottas – Rəykkönen – Hülkenberq – Lekler – Peres – Maqnussen. 

Yarışın ekvatorunda yalnız 3 top-komandanın sürücüləri liderlə bir dövrədə qalıblar.

34-cü dövrədə Fettel ardıcıl hücumlardan sonra Rikkardonu qabaqlayaraq, 3-cü yerə yüksəlib. 35-ci dövrədə Peres Lekleri üstələyib. Fettel sürətini artıraraq, Həmiltonla fərqi bağlayıb – Lyuisin təkərləri yeyildiyi üçün yenə də sürəti aşağı düşüb. 39-cu dövrədə Sebastyan çempionatda əsas rəqibini keçib və dərhal uzaqlaşıb. 40-cı dövrənin sonunda ilk onluq: Ferstappen – Fettel – Həmilton – Rikkardo – Bottas – Rəykkönen – Hülkenberq – Lekler – Maqnussen – Vandorn.

Hartli və Okon yenə də təmas yaşayıblar – Estebanın maşınında yenə də ön qanad zədələnib, amma sürücü trasda qalıb. 41-ci dövrədə Peres əyləc problemləri üzündən doğma ev yarışını dayandırmalı olub.

45-ci dövrədə Maqnussen, 47-ci dövrədə isə Qrojan Haas-ın boksda işini yekunlaşdırıblar. 47-ci dövrədə isə Rikkardo da Həmiltonu üstələyərək 3-cü yerə yüksəlib – Lyuis əylənmə nöqtəsini qaçırıb, təkərlərini bloklayıb və boksa tələsib. Fettel də yeni təkərlər alıb. 48-ci dövrədə isə eyni yerdə Bottas əylənmə nöqtsəini qaçırıb və Rəykkönen önə çıxıb. 49-cu dövrədə Ferstappen və Bottas təkərlərini dəyişiblər.

Qasli Okonla mübarizədə rəqibinə kifayət qədər yer qoymayıb – insidenti araşdıran stüardlar heç kimi cəzalandırmayıblar. 57-ci dövrədə Fettel Rikkardonu qabaqlayaraq, 2-ci yerə yüksəlib. 62-ci dövrədə Rikkardonun maşını tüstülənib və sürücü 1-ci döngədə dayanmalı olub. Yarışda 3-cü dəfə VTM rejimi elan olunub. 63-cü dövrənin sonunda ilk onluq: Ferstappen – Fettel – Rəykkönen – Həmilton – Bottas – Hülkenberq – Lekler – Vandorn – Eriksson – Qasli.

64-cü dövrədə Bottas daha bir dəfə pit-stop reallaşdırıb.

Maks Ferstappen Meksikada ardıcıl ikinci qələbəsinə sevinib – dünən ən gənc poul qazanan sürücü ola bilməyən hollandiyalı sürücü poulsuz ən çox qələbə qazanan sürücü adına sahib çıxıb: indi Maksın aktivinda 5 qələbə var. Ferrari sürücülər podiumu tamamlayıblar: Fettel Rəykköneni qabaqlayıb.

Lyuis Həmilton yarışı 4-cü yerdə başa vurmaqla karyerasında 5-ci titulunu rəsmiləşdirib. Yalnız 4 sürücü liderlə bir dövrədə finiş görüb – Bottas liderə bir, digərləri isə 2 dövrə uduzublar.

YerNSürücüKomandaZaman/FərqPit
133Maks FerstappenRed Bull1:38:28.8512
25Sebastyan FettelFerrari+ 0:17.3162
37Kimi RəykkönenFerrari+ 0:49.9141
444Lyuis HəmiltonMercedes+ 1:18.7382
577Valtteri BottasMercedes+ 1 dövrə3
627Niko HülkenberqRenault+ 2 dövrə1
716Şarl LeklerSauber+ 2 dövrə1
82Stoffel VandornMcLaren+ 2 dövrə1
99Markus ErikssonSauber+ 2 dövrə1
1010Pyer QasliToro Rosso+ 2 dövrə2
1131Esteban OkonRacing Point+ 2 dövrə2
1218Ləns StrollWilliams+ 2 dövrə2
1335Sergey SirotkinWilliams+ 2 dövrə1
1428Brendon Hartli (*)Toro Rosso+ 2 dövrə2
1520Kevin MaqnussenHaas+ 2 dövrə1
168Roman QrojanHaas+ 3 dövrə2

(*) – Esteban Okonla insidentə görə Brendon Hartlinin yekun nəticəsinə 5 saniyə əlavə olunub

Sürətli dövrə: Valtteri Bottas (Mercedes) – 1:18.741 (65-ci dövrə, 196.776 km/saat).

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Fernando AlonsoMcLaren4mexaniki problemlər
Karlos SaynsRenault29mexaniki problemlər
Serxio PeresRacing Point39əyləclər
Daniel RikkardoRed Bull62hidravlika

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
144Lyuis HəmiltonMercedes AMG Petronas Motorsport358
25Sebastyan FettelScuderia Ferrari294
37Kimi RəykkönenScuderia Ferrari236
477Valtteri BottasMercedes AMG Petronas Motorsport227
533Maks FerstappenAston Martin Red Bull Racing216
63Daniel RikkardoAston Martin Red Bull Racing146
727Niko HülkenberqRenault Sport Formula 1 Team69
811Serxio PeresRacing Point Force İndia57
920Kevin MaqnussenHaas F1 Team53
1014Fernando AlonsoMcLaren F1 Team50
1131Esteban OkonRacing Point Force İndia49
1255Karlos SaynsRenault Sport Formula 1 Team45
138Roman QrojanHaas F1 Team31
1410Pyer QasliRed Bull Toro Rosso Honda29
1516Şarl LeklerAlfa Romeo Sauber F1 Team27
162Stoffel VandornMcLaren F1 Team12
179Markus ErikssonAlfa Romeo Sauber F1 Team9
1818Ləns StrollWilliams Martini Racing6
1928Brendon HartliRed Bull Toro Rosso Honda4
2035Sergey SirotkinWilliams Martini Racing1

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG Petronas MotorsportMercedes585
2Scuderia FerrariFerrari530
3Aston Martin Red Bull RacingRenault362
4Renault Sport Formula 1 TeamRenault114
5Haas F1 TeamFerrari84
6McLaren F1 TeamRenault62
7Racing Point Force İndiaMercedes47
8Alfa Romeo Sauber F1 TeamFerrari36
9Red Bull Toro Rosso HondaHonda33
10Williams Martini RacingMercedes7

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 476
Teqlər , , , ,
Paylaş

logo