S.Fettel yenə də xoşbəxt deyil

Ferrari komandasının sürücüsü Sebastyan Fettel üçüncü yerdən narazıdır.

F-1.az xatırladır ki, almaniyalı sürücü Rusiyada ardıcıl 9-cu dəfə komanda yoldaşının gerisində qalıb. Son cəhdlərdə Həmiltonun da gerisinə düşən Fettel sabahkı yarışa üçüncü yerdən başlayacaq.

Sebastyan Fettel: “Xoşbəxt deyiləm. Boliddən maksimumu ala bilmədim. Sabah startda hər şey ola bilər. İlk döngəyə qədər uzun düzlük və təkər üstünlüyümüz var. Qalib sabah məlum olacaq və tempimiz yaxşıdır. Hava kisəsindən istifadə etmək üçün yaxşı start almaq lazımdır. Görək sabah nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*