K.Rəykkönen: “Stüardlar mənasız işlər görürlər”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Maks Ferstappenin bolidi təhlükə yaratmayıb və buna görə də cəzanın mənasız olduğunu düşünür.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışını dördüncü yerdə davam etdirərkən 8-ci dövrədə Maks Ferstappenin bolidi ilk sektorun sonunda dayanmış və sarı bayraqlar çıxmışdı. Amma 37 yaşlı sürücü sarı bayraqlara məhəl qoymamış, 10 saniyə dayan və get cəzası almışdı.

Kimi Rəykkönen: “Mənim düşüncələrim vacib deyil. Amma stüardlar belə fikirləşir. Bolid trasdan uzaqda idi. Buna görə də təhlükəli vəziyyət yox idi. Bir cəza vermək istədilər və məni seçdilər. Növbəti dəfə başqasını seçəcəklər. Bəzən verdikləri qərarlar mənasız olur”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*